"Hayatımız Proje"

  

Müşavir Tərcümeyi-halı

Gökrem TEKİR, PMP, REP;

 

Anadolu Universitetində Mühəndislik, Memarlıq Fakultəsi, Sənaye Mühəndisliyi təhsilini bitirdikdən sonra İstanbul Texniki Universiteti İşlətmə Mühəndisliyi magistraturasını bitirib. Açıq Təhsil Fakültəsi Kompyuter Dəstəkli Təhsil Layihəsində proses planlaşdırma və nəzarət işləri görmüşdür. Universitet-Sənaye əməkdaşlığı çərçivəsində bəzi firmalarda statistik proses nəzarəti və oxşarlıq mövzusunda layihə işlərində müşavir kimi işləyib.

 

Sonrakı illərdə, bəzi özəl müşavirlik və təhsil müəssisələrinin təşkil etdiyi, "Layihə İdarəetmə Metodolojisi- Anlayışları və Tətbiqetmələri" və 7ildə 4 fərqli versiyası çıxan "Microsoft Project”in 1995, 1998, 2000/central, 2002/project Server, 2003/project Server, 2007/project Server, 2010/project Server və 2013/project Server istifadə etməklə layihələrin planlaşdırılması, aparması, nəzarəti və təhlili" mövzusunda seminarlarda təlimçi olmuşdur. 2016-ci ildə, Savaş Şakar ilə birlikdə "Hayatımız Proje - Proje Yöneticisinin El Kitabı"(Həyatımız Layihə - Layihə Rəhbərinin Əl Kitabı) adlı bir kitab qələmə aldı.

 

Bununla yanaşı çoxsaylı firmaya Təşkilati Layihə İdarəedilmə Müşavirliyi və Layihə İdarəetmə Ofisi qurmaqda köməklik etdi. Gökrem Tekirin məsləhətçi vəzifəsində çalışdığı işlər arasında "Sabancı Universiteti Açılışı", "İnformasiya Sərgisi Hazırlıqları", "Fərqli Sektorlarda Layihə Ofislərinin Dizaynı və Fəaliyyətə Keçirilməsi", "Microsoft Project Serveri istifadə edərək Layihə İdarəetmə İşləri", "Yeni Məhsul İnkişaf Etdirmə", "Məhsuldarlığı Artırma", "Elektron ticarət (e-commerce)" və "Layihə İdarəçiliyi təlimlərinin e-learning (elektron öyrənmə) halına gətirilməsi" kimi layihələr də var.

 

Gökrem Tekir haqqında daha ətraflı məlumat almaq üçün www.gokremtekir.com veb saytınından istifadə edə bilərsiniz.

 

Tekirin ABŞ Project Management Institute-dan PMP (Project Management Professional) sertifikat dərəcələri mövcuddur. Son 2 ildə müxtəlif səviyyələrdə təlimçi və məsləhətçi kimi xidməti göstərdiyi 100-dən çox firma ilə Layihə İdarəetmə Metodologiyası, Proses və Prosedurlarının öyrədilməsi, layihələrin Microsoft Project və Microsoft Project Server ilə planlaşdırılması, layihələrin aparılması, nəzarət edilərək idarə edilməsi işləri görmüşdür. Bu firmalar arasında AIR Telekominikasyon, Akifer, Alsim Alarko, Areva, Argela, Arikan Kriko, Arsan Enerji, Assan Alüminyum, Astra – Zeneca, AvivaSA, Azersun Holding, Bank Asya, BDDK, Beko, Best A.Ş, Bimsa, Bosch, BP, Citibank, Coca Cola, Çalık Holding, Data Teknik, Danone, Dekors, Demirdöküm, Denizbank, DHL, Digiturk, Eczacıbaşı Holding, Ekol Logistik, Erenco, Ericsson, Eureko Sigorta, Evyap, Fabeks, Fenerbahçe Koleji, Feza Gazetecilik, Fiba Holding, Ford Otosan, Fritolay, Garanti Teknoloji, Gemsan, Halk Bankası, Harp Akademileri, Havelsan, Hexagon, HP, HSBC, Hürriyet Emlak, Ibtech, Innova, İMKB, İstanbul Ulaşım A.Ş, İş Bankası, Kibar Holding, Koç Sistem, Koç Üniversitesi, Koton, Kuveyt Türk, Mercedes – Benz, Metro, Odeon Tours, Okyanus Grup, Oyak Çimento, Otokar, Petkim, Pfizer, Philip Morris, PTT, Praktiker, Provus, Sabancı Holding, Tekfen, Türksat, SFS, Superonlie, Sistem Reklamcılık, Soyak İnşaat, Şişecam, Tagsoft, TAV, TEB, Temsa, THY, TMSF, Tofaş, TRT, Tübitak, Türk Telekom, Turkcell, Tübitak-UEKAE, Ülker, Vakıfbank, Vodafone, Volkswagen, Yapı ve Kredi Bankası, Yıldız Gemi və s. mövcuddur.

 

TEKİR, ABŞ mərkəzli Project Management Institute’un (www.pmi.org) üzvüdür və bu qurumdan PMP (Project Management Professional) ve REP (Registered Education Provider) dərəcələri almışdır.